Paşinyan içib, Putini təhqir etdi

image

Gürcüstanın Daxili İşlər naziri Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə heyəti 2-4 fevral tarixlərində Ermənistana səfər edib. Ermənistan polisinin rəisi Vaqe Kazaryanın dəvəti ilə İrəvana gələn gürcü nazir həmçinin baş nazir Nikol Paşinyanla da görüşüb.

Ermənistan mətbuatı isə bu səfər çərçivəsində baş vermiş qalmaqalla çalxalanıb.

Belə ki, rəsmi görüşlərdən əlavə gürcü nazir həmkarı və Ermənistan baş naziri ilə qeyri-rəsmi nahar masasında görüşüb. Bu məclis sözün əsl mənasında Ermənistan hökuməti üçün böyük rüsvayçılığa çevrilib.


Erməni baş nazir nahar zamanı çox içdiyi üçün sərxoş vəziyyətə düşüb. Bundan sonra isə o, Rusiya Prezidenti Vladimir Putin, KTMT və ümumiyyətlə Moskvanın həyata keçirdiyi siyasətlə bağlı sərt fikirlər səsləndirməyə başlayıb.

Sözügedən vəziyyətdən gürcü nazir şoka düşüb. O, Nikol Paşinyanın başqa bir dövlətin nümayəndəsinin yanında Rusiya prezidentinin ünvanına bu cür fikirləri necə səsləndirə bilməsindən heyrətə gəlib.

Gürcü nazir əsl dövlət xadimi kimi davranaraq bu cür vəziyyəti özünə yaraşdırmayıb və artıq Paşinyanın Putinlə bağlı təhqirlərini eşitmək istəmədiyini bildirib. O, erməni həmkarı Vaqe Kazaryandan ya Paşinyanın, ya da özünün tərk etməli olduğunu söyləyib. Nəticədə sərxoş vəziyyətdəki Nikol Paşinyan masanı tərk edib.


Mənbə: AntiFake.am







Digər xəbərlər