“Rusiya çalışacaq ki, Brüssel görüşündə...” - Politoloq

image

“Nikol Paşinyan istəyir ki, Qarabağla birdəfəlik qurtarsın, amma bunu hərbçilərin içində demir. Nəzərə almaq lazımdır ki, erməni hərbçilərin içərisində kifayət qədər rus casusu var. Həmçinin Gümrüdə rus hərbi bazası yerləşib və orada heç az sayda ermənikökənli şəxslər işləmir. Bu səbəbdən də Ermənistanda qarşıdurma yüksək həddədir”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.

O xatırladıb ki, Nikol Paşinyan sonuncu dəfə qatıldığı beynəlxalq tədbirdə ümumiyyətlə, Azərbaycanın adını çəkməyib: “Ümumi şəkildə elan etdi ki, bizə xaricdən təzyiqlər var. Məncə, bununla Paşinyan Rusiyanı nəzərdə tuturdu. Əslində ruslar da bunu gözəl anlayır, bilir ki, söz onların qapısına atılıb. Bu mənada Paşinyan çalışacaq ki, məsələlər öz yolu ilə getsin”.

Cümşüd Nuriyev qeyd edib ki, bir gün sonra Brüsseldə Əliyev-Paşinyan görüşü baş tuta bilər: “Açığı, mən Brüssel görüşündən bir şey gözləmirəm. Rusiya bu görüşü bütün hallarda pozmağa çalışacaq. Azərbaycan ərazisində olmasa da, başqa yerdə təxribat edilə bilər. Bu da ermənilərin xislətinə uyğundur. Ermənistanda müəyyən ism siyasətçi Rusiya kəşfiyyatı ilə əlaqəli şəxslərdir. Brüssel tədbirinin keçirilmsinə də bir gün qalır. Brüsseldə sülh müqaviləsinin razılaşdırılacağına inanmıram”.

Politoloq əlavə edib ki, hazırda Nikol Paşinyan od və su arasında qalıb: “Onu bir tərəfdən Rusiya, digər tərəfdən Qərb sıxır: “Üstəlik Azərbaycanda mövqeyini dəyişmir. Bu mənada mümkündür ki, Brüssel görüşü baş tutmasın. Ehtimallar çoxdur. Amma hər şey Ermənistandan asılıdır. Onlar nəhayət reallıqları anlamalı və buna uyğun addımlar atmalıdırlar”.


Digər xəbərlər