Türkiyə və Ermənistan arasında İLK: Ankara İrəvanı buna məcbur edir

image

Ankara və İrəvan münasibətlərin normallaşmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcək. Çavuşoğlu bildirib ki, “münasibətlərin normallaşması üçün bütün addımları yalnız Azərbaycanla birlikdə atacağıq”.

Bu, normallaşma prosesində Ankaranın İrəvan qarşısında şərt kimi Bakının gündəliyini təqdim etməsi deməkdir: Ermənistan ərazi iddialarından əl çəkməli, Azərbaycanla sülh sazişini imzalamalıdır;

Türkiyə bu şərti əvvəldən gündəmdə saxlayır. İndi qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyin edilməsinə hazırlıq İrəvanın şərtləri qəbul etməsinin mümkünlüyündən xəbər verir. Proses hələ başlanğıc nöqtəsindədir, lakin Ermənistan üçün Türkiyə ilə sərhədlərin açılmasının prioritet olduğunu nəzərə alsaq, yekunda Bakının tələblərini qəbul etməli olacağını hesab etmək olar.

3+3 formatının inkişafı da bu prosesdə əhəmiyyətli rol oynayacaq.


Digər xəbərlər