Ermənistanda yeni müdafiə naziri – Papikyan kimdir?

image

Ermənistanın müdafiə naziri Arşak Karapetyan tutduğu vəzifədən azad edilib.

Diqqet.com xəbər verir ki, bu barədə ölkə prezidenti Armen Sərkisyan fərman imzalayıb.

Prezidentin digər fərmanı ilə bundan sonra müdafiə idarəsinə Ermənistanın baş nazirinin müavini Suren Papikyan rəhbərlik edəcək.

Fərmanda S.Papikyanın bu vəzifəyə baş nazirin təklifi ilə bu təyin olunduğu qeyd olunub.

Kadr dəyişikliyinin səbəbləri barədə məlumat verilməyib.

Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.

Suren Papikyan hərbçi kadr deyil.

O, 26 aprel 1986-cı ildə Stepanavanda anadan olub. İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2 avqust 2021-ci ildə prezidentin sərəncamı ilə Ermənistan Baş nazirinin müavini vəzifəsinə təyin edilib. 2016-cı ildə Ermənistan Müdafiə Nazirliyinin “Qaregin Njde” medalı ilə təltif edilib.

Qeyd edək ki, bu gün səhər baş nazir Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan jamanak” qəzeti yeni təyinatla bağlı məlumat yaymışdı.

“Haykakan jamanak” qəzetinin baş redaktoru Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyandır.


Digər xəbərlər