"Nə müharibə, nə sülh, yenə əvvəlki qeyri müəyyənlik" - erməni jurnalisti yazdı

image

Erməni jurnalisti Arpi Bekaryanın 44 günlük müharibə haqqında yazısı çıxıb. Jurnalist erməni xalqını Azərbaycan qarşısında günahlarını etiraf etmədiklərinə görə qınayıb. Müəllif erməniləri qınayaraq, düzgün nəticə çıxarmağı tövsiyə edib. Yazını diqqətinizə təqdim edirik:

İkinci Qarabağ Müharibəsi ''qalib'' və ''məğlub'' xalqların  dinamikasını dəyişdirəcək,  Ermənistanın  münaqişə ilə bağlı fərziyələrini bildirən illüziyaları və ikiüzlükləri üzə çıxardı.  Ancaq buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında yeni dinamika formalaşmayıb.

İki il əvvəl azərbaycanlı dostumun mənə verdiyi 20 qəpik var idi. Onu pul qapımda digər qəpiklərdən ayrı saxlayırdım ki, görən olmasın, nə vaxtsa məni pis vəziyyətə salmasın.

Təxminən iki ay əvvəl İrəvanın mərkəzindən  taksi ilə şəhər kənarındakı evimə gedirdim. Taksi  getdiyimiz yerə çatanda  cüzdanımdan nəyinsə düşdüyünü hiss etdim. Maşın qaranlıq idi və ilk düşüncəm ''yaxşı, tapa bilmərəm'' oldu.  Sonra sürücüdən işığı yandırmasını istədim. Aşağı baxdım və Azərbaycan qəpiyini bacardığım qədər tez götürdüm. Qorxu ilə sürücünün gözlərinə baxdım- o, əvvəlcə nə baş verdiyini anlamadı.

Ondan işığı yandırmasının istəməsəydim nə olacağını düşündüm. Bu yazıq sürücü maşının arxasında Azərbaycan qəpiyini tapacaq və çox güman ki, İravanda hansısa Azərbaycanlının olduğunun və onun sərnişini olduğunu düşünəcəkdi. O düşünə bilərdi ki,casus azərbaycanlı qəsdən pulu maşınının ara hissəsinə qoyub.

Şübhəsiz ki, dostun hədiyyəsi olduğu üçün Azərbaycan qəpiyini  saxlayan erməni qızının olduğunu düşünməkdən daha məntiqli olardı.

Niyə ermənistanda kiminsə azərbaycanlı dostu olsun?.  Xüsusilə, son 30 ildə qəribə olaydı.

Mən hələ bir il əvvəl müharibədən çıxdığımızı anlamaqda çətinlik çəkirəm. Zaman-zaman keçən ilin xatirələri  göz önünə gəlir və müharibə haqqında danışarkən hələ də 1990- cı illəri nəzərdə tuturuq. Müharibənin və onun nəticələrinin cəmiyyətimizə fəsadlarını dərk edə bilmirəm.

Müharibə zamanı həm liderlərinə, həm də gözlənilən qələbəyə az qala tam inamla birləşən erməni  cəmiyyəti bir gündə ikiyə parçalandı.

Erməni xalqı özünə qarşı təkcə müharibə illuziyalarını deyil, həm də əvvəlki otuz ilin  illuziyalarının saxlayan köhnə hekayə ölümcül bir sıra sarsıntılara məruz qaldı.

Müharibənin ilk günündən və hətta ondan əvvəl də mövcud olan vəziyyətə baxmayaraq, gözlənilməz məğlubiyyətin saf şoku var idi. Daha sonra təkcə müharibənin özü deyil, son 30 ildə bizdən gizlədilən bir çox faktlar üzə çıxdı.

Nəhayət, bütün bunların maddi reallığının dərk edilməsi oldu. İtirilmiş ərazilər, qaçqınlar hər hər şeydən əvvəl bir daha  görə bilməyəcəyimiz minlərə insan, tanışlar, dostlar, sinif yoldaşları, qardaşlar, atalar, oğullar, ərlər, sevgililər...

Bəs, bu ironiya deyilmi?

Ermənilərin məğlubiyyətə  göstərdiyi bütün reaksiyalardan məni heyrətləndirən qəfil ''yer dəyişikliyi'' oldu. Son 30 ildə biz əmin olduq ki, ermənilər sülh sevərik və azərbaycanlılara  onların nifrət etdiyi qədər nifrət etmirik. Düşünürəm ki, yatan insanı azərbaycanlı olduğu üçün öldürməzdik. Biz sadəcə sülh istəyirik, onlar isə razı deyil.

Ancaq başa düşdüm ki, ''qazanan'' tərəflə ''uduzan'' tərəfin hisslərini eyni tərəzidə ölçə bilmərik. Azərbaycanlılarda nifrət daha çox olsa da, Birinci Dağlıq Qarabağ müharibəsinin travması, itirilmiş ərazilər, 700-800 min köçkünlərlə izah etmək  olar. Amma bizim tərəf heç vaxt bu barədə düşünmür. Hər il Şuşanın azad edilməsi bayramının qarşı tərəfə necə göründüyünü heç vaxt düşünməmişik. Azərbaycanlıların bizə nifrət etdiyindən danışarkən, qələbə müzeyimiz, tarix, məktəb kitablarımız, hətta küçə sənətimiz haqqında onlarla mahnı və filmlərimizi heç düşünmürdük.

Onların bizə daha çox nifrət etmələri və ya bizim istəyimiz qədər sülh istəməmələri həmişə onların ''barbar'' və  ''zorakı təbiətinin'' məhsulu kimi izah edilirdi, biz isə sülh içində yaşayan ''kasıb insanlar'' idik.

Yadımdadır, illərdir azərbaycanlıların nə qədər nifrət dolu xalq olduğunu, heç də barışmağa hazır millət olmadığından danışan bir adam var idi. Bu yaxınlarda o, mənə dedi ki, bəzi azərbaycanlıların sərhədlərin açılmasından və münasibətlərin normallaşdırılmasından danışması necə ironiyalı haldır, indi istədikləri hər şeyə nail olublar – onlar öz şərtləri ilə birtəhər bizdən "sülhə” razılaşacağımızı gözləyirlər.

O, bunu deyəndə mənim düşünə biləcəyim tək şey '' biz eyni şeyi etmirdikmi''? Əgər onlar barbar və zorakı olduqları üçün sülhü istəmirdilərsə, necə olur ki, indi Azərbaycanın təklif etdiyi sülhlə razılaşmaqda belə çətinlik çəkirik? Necə olur ki, sülh və münasibətlərin normallaşması bizim üçün rahat olanda ədalətsiz gəlir, amma biz uduzan tərəfdəyiksə, həm sülh, həm də ədalət istəyirik?

Paralel reallıq...

Müharibədən əvvəl reallıqdan uzaq "vətənpərvər” Ermənistanda monopoliyaya malik idi, baxmayaraq ki, kiçik toplantılarda və mətbəxdəki sakit söhbətlərdə fərqli tarix izah edən ikinci paralel hekayə hələdə qalmaqda idi.

Məğlubiyyətdən sonra ikinci hekayə gün üzünə çıxdı. Müharibə başa çatdıqdan sonra yeni sülh təşəbbüslərinin çiçəklənməsi, yeni ölkələrarası dialoqlar baş verdi. Əvvəllər heç vaxt sülh quruculuğunda iştirak etməyənləri bir araya gətirdi.

Bütün bunlara baxanda özümü saxlaya bilmirəm, əgər onlar müharibədən əvvəl mövcud olsaydılar? Əgər bu təşəbbüslər 2020-ci ilin iyulunda və ya daha əvvəl toqquşmalar zamanı olsaydı, beş-altı il əvvəl minlərlə üzvü olan bu cür əhatəli, açıq qruplar olsaydı, hələ də müharibə olardımı?

Amma ola bilsin ki, belə düşüncə çox nikbindi. Əgər gərginlik yenidən yüksəlsə, bu cür qrupların mövcudluğu yeni müharibəni dayandıra bilərmi? Bu qruplardakı bu insanlar səriştəsiz idarəçilik və ya ölçüyəgəlməz hərisliklə mübarizə apara bilərdimi? Azərbaycan prezidenti İlham Əliyevin Ermənistanın cənubundakı Sünik vilayəti ilə bağlı bu yaxınlarda səsləndirdiyi iddialara istinad edərək, əllərində ölmüş əsgərlərin üzləri olan köynəklər geyinmiş və əllərində "Syunik deyil, Zəngəzur” yazılmış plakatlar tutan azərbaycanlı məktəblilərin fotolarını görəndə bir az düşündüm ki,  bunu necə bir şey dayandıra bilər?

İkinci Dağlıq Qarabağ müharibəsi zamanı minlərlə insan həlak oldu və hakimiyyətdə olanlar üçün qisas yanğısını davam etdirmək çox asandır. Birinci müharibə zədələnmiş bütöv nəsli doğurdu. Görəsən, yeni nəslin ikinci müharibənin zədəsini miras qalmasının qarşısını almaq çox gecdirmi?

Bütün yeni sülhməramlı təşəbbüsləri, qrupları və proqramları görəndə özümü elə inandırmaq istədim ki, bu insanların, onların hər birinin ölümü əbəs deyil. Düşünmək istəyərdim ki, heç olmasa indi insanlar bu münaqişənin qiymətini başa düşəcəklər, bir-birimizə nifrətimizin necə baha başa gəldiyini dərk edəcəklər. 

Düşündüm ki, bəlkə də bu müharibədə itirdiklərimiz bu münaqişəyə görə ən son ölənlər olacaq. Belə bir ümid tezdir. Görünür, biz yenidən köhnə "müharibə yox, sülh yoxdur” qeyri-müəyyənliyində qalmışıq və hər hansı bir səhv addım və ya uzun müddət davam edən hərəkətsizlik bizi başqa bir fəlakətli müharibəyə doğru apara bilər.

Ümid edirəm ki, bütün bunlardan bir nəticə çıxarmalıyıq. Amma gələcəkdə bir gün təsəvvür etməyə çalışıram ki, cüzdanımda Azərbaycan sikkəsi olduğuna görə özümü cinayətkar kimi hiss etməyəcək, əvəzində Azərbaycana səfər edib, ondan istifadə etmək azadlığına sahib olacam.


Tərcümə: Aytac Zeynalova


www.anews.az


Digər xəbərlər