Qorbaçovdan şok açıqlama: “Sumqayıta qoşun yeridilməli idi”

image

“1988-ci ilin əvvəlində Dağlıq Qarabağ problemi daha da ağırlaşdı. Münaqişənin kökləri uzun müddətdir vardı, o vaxt sadə bir həlli yox idi, baxmayaraq ki, mənə sərhədləri yenidən çəkməklə münaqişənin həll edilə biləcəyinə inandırmağa çalışmışdılar. Ölkə rəhbərliyində yekdil fikir var idi: bu, qəbuledilməzdir”.

Bu sözləri keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçov deyib.

“Mən hesab edirdim ki, Dağlıq Qarabağın statusu ilə bağlı razılığa gəlmək ermənilərin və azərbaycanlıların işidir və ittifaq mərkəzinin rolu onlara vəziyyətin normallaşmasında, xüsusən də iqtisadi problemlərin həllində kömək etməkdir. Əminəm ki, bu, düzgün xətt idi. Amma nə partiya, nə partiya strukturları, nə də ziyalılar razılaşma və ya dialoqa yol tapa bildilər. Hadisələr qartopu kimi böyüdü. 1988-ci ilin fevral ayının sonunda Sumqayıt şəhərində qan töküldü. Qırğını (erməni təxribatı əsasında baş vermişdi – red.) dayandırmaq üçün qoşunlardan istifadə edilməli idi”, - Qorbaçov qeyd edib.

Keçmiş SSRİ-nin lideri əlavə edib:

“Həmin dövrdə, 1987-1988-ci illərdə millətlərarası mübahisələrə münasibətdə demokratik yanaşma ortaya qoymağa çalışdım. Onun mahiyyəti bundan ibarət idi ki, milli problemlər yalnız siyasi və iqtisadi islahatların ümumi kontekstində həll oluna bilər”.


Teleqraf.com

Digər xəbərlər