"Yalçın Rzazadənin 3 oğlu var, 200 manatdan yığıb Roza xanıma verə bilərik"

image

"Bizim ailəmizə yaxın olan insanlar bilirlər ki, məzar daşını indiyə qədər niyə qoymamışıq. Məzar daşını il mərasiminə qədər qoymaq olur. Yalçın müəllim 55 il sənətdə olan insandır, onun üçün balaca bir heykəl qoymaq istəmirik. Bundan sonra onun üçün nə edə bilərik? Yalnız məzar daşını, heykəlini adına layiq hazırlatdıra bilərik. Bu da 3-5 ayın işi deyil.

Yalnız savadsız insanlar fikirləşə bilərlər ki, 1 aya bu qədər işi görmək olar. Peşəkar insanlar bunun nə qədər zaman alacağını bilir. Kimsə efirdə çıxıb deyirsə 200 manatdan yığıb məzar daşı hazırlatdıraq, bu söz öncə Yalçın müəllimin ailəsinə, sənətinə və özünə təhqirdir. Roza xanımın 200 manata ehtiyacı varsa, 3 qardaşıq, Yalçın müəllimin məndən başqa iki oğlu var, atışıb həmn pulu ona verə bilərik".


Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yalçın Rzazadənin müğənni oğlu Mətin Rzazadə deyib.

Qeyd edək ki, "Tam vaxtıdır" verilişində Roza Zərgərli Yalçın Rzazadənin ailəsinin məzar daşı düzəltdirməyə imkanı olmadığını deyib və sənət adamlarına yardım üçün səslənib.


 


Digər xəbərlər