Əli Mirəliyev OD PÜSKÜRDÜ: Onlara nə Allah, nə də pul...

image

“Hələ ki, yaxşıyam, koronavirusa yoluxmamışam. Hər insanın öz pərisi, mələyi var, o da onu qoruyur. Elə bilirsiniz ki, bütün sənətkarlar düz adamdırlar?! Əlbəttə ki, düz adam deyillər. Düz adamları koronavirusdan və digər bəlalardan Allah qoruyur”.

Bunu Publika.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. O bildirib ki, düz, dürüst olmayan sənətkarlara Allah da kömək etmir:

“Onlara nə Allah, nə də pul kömək edəcək. Xan Şuşinskini xalq, kütlə, onu sevən insanlar qoruyurdu. Xan əmi heç Prezident təqaüdü də almırdı. Uzun illərdir məni də xalq saxlayır. Heç bir təqaüd almıram. Sadəcə olaraq bu yaxınlarda “ARB”də işə götürüblər, indi də orada işləyirəm, vəssalam. İndi də məzuniyyətdəyik”.

Əli Mirəliyev koronavirusa yoluxan sənət adamlarına tövsiyə də verib:

“Virusa yoluxmamaq üçün başlarını hər yerə soxmasınlar. Toya, yasa gedirlər. Hamı ilə görüşürlər. Çay içmək üçün bir yerə toplaşırlar. Belə olan halda virusa yoluxacaqlar də... Baxın mənə, evdə oturmuşam, heç kimlə görüşmürəm. Toyuqlarım, quşlarım, itlərim var. Onlara baxıram. Televizoru açıram, dünyada və ölkədə baş verənləri izləyirəm. İş başlayanda da məsafəni saxlayıram. Tibbi maska da taxıram”.


Digər xəbərlər