Tovuzda qətlə yetirilən 10 yaşlı Nərminin anası məhkəmədə ifadə verib

image

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində qətlə yetirilən azyaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Diqqet.com APA-ya istindla xəbər verir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin inzibati binasında hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərminin anası Aynurə Quliyeva ifadə verib.

A.Quliyeva ifadəsində hadisə baş verməzdən əvvəl İlkin Süleymanov ilə aralarında heç bir şəxsi ədavət olmadığını deyib. Buna baxmayaraq, İlkin Süleymanovu təqsirli bildiyini açıqlayıb.

Daha sonra, Aynurə Quliyeva hakimin suallarını cavablandırıb. Bu zaman onun emosional davrandığı əsas gətirilərək prosesin təxirə salındığı elan olunub.

Məhkəmə istintaqı sentyabrın 8-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.


Digər xəbərlər