Messi Parisin məşhur qalasına köçür: fantastik qiymətə malikdir... - FOTOLAR

image

Uzun illər şərəfini qoruduğu "Barselona"nı bu ilin avqustunda PSJ-yə dəyişən Lionel Messi Fransada özünə yaşamaq üçün yeni ünvan axtarır.

Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı argentinalı hücumçu hazırda ailəsi ilə Fransadakı 5 ulduzlu "Royal Monceau" otelində qalır. Lakin onun həyat yoldaşı Antonella Rokkuzzo Messidən daha rahat şəraitə malik bir məkana köçmələrini xahiş edib.

Argentinalının diqqəti isə Parisin Sothebi ərazisindəki 50 milyon avroluq malikanəyə yönəlib. Qala da adlandırılan bu mülk 1899-cu ildə inşa edilib. Məlumatlara görə, İkinci Dünya Müharibəsi zamanı Fransanın keçmiş prezidenti Şarl de Qoll 3 gün bu villada qalıb.

30 otağa malik 2000 kvadrat metrlik mülkün həyətində üstüaçıq hovuz da var.

mes1

mes2

mes3

mes4



Digər xəbərlər