Özilin karyerasını davam etdirəcəyi çempionat məlumdur

image

"Fənərbağça"nın ulduz futbolçusu Məsut Özil komandanı tərk etməyə yaxındır.

Offsideplus.az "Takvim"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisində işləri heç də yaxşı getməyən 32 yaşlı yarımmüdafiəçi ABŞ yolunu tutmağa qərar verib. Belə ki, Özil MLS liqasında çıxış edən klublardan birinə keçəcək. Həmin komandanın adı isə hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən futbolçu bu ilin əvvəlində London "Arsenal"ından "Fənərbağça"ya transfer edilib.


Digər xəbərlər