"CBC Sport"la bağlı vacib yenilik!

image

Bu gündən etibarən UEFA ilə birgə aparılan texniki test səbəbindən “CBC Sport” telekanalının peykə çıxışında fasilə yaranıb.

Offsideplus.az xəbər verir ki, bu barədə kanalın rəsmi feysbuk hesabı məlumat yayıb.

Bildirilib ki, bundan sonra beynəlxalq matçlar zamanı “CBC Sport”un peykə çıxışı qitə futbol qurumunun qaydalarına əsasən bağlanacaq.

“Beynəlxalq yayım qaydalarına əsasən, “CBC Sport” UEFA-nın bayrağı altında keçirilən yarışları yalnız Azərbaycanda yayımlaya bilər. Bu mövsümdən etibarən daha sərt qaydaların tətbiq olunması və bununla bağlı müntəzəm monitorinqlərin aparılması nəzərdə tutulduğu üçün kanalın yarışlar zamanı peykə çıxışı bağlanacaq. Yaxın saatlarda – testlər yekunlaşdıqdan sonra kanalın peykə çıxışı bərpa ediləcək. Lakin UEFA bayrağı altında keçirilən oyunlar zamanı peykə çıxış yenidən bağlanacaq”.


Digər xəbərlər