Özil "Fənərbağça"dan ayrılır: bu çempionata gedir

image

"Fənərbağça" klubunun ulduz futbolçusu Məsut Özil komandadan ayrıla bilər.


Offsideplus.az xəbər verir ki, bu iddia ilə İngiltərənin "The Sun" nəşri çıxış edib. Sözügedən mətbu orqan 32 yaşlı yarımmüdafiəçinin İstanbul təmsilçisində xoşbəxt olmadığını və karyerasını ABŞ çempionatında (MLS) davam etdirmək istədiyini yazıb.


Özilin qışda - dövrələrarası fasilədə "sarı-lacivərtlilər"in sıralarını tərk edəcəyi bildirilir.


Qeyd edək ki, təcrübəli futbolçu bu ilin əvvəlində "Arsenal"dan "Fənərbağça"ya transfer edilib.


Digər xəbərlər