"Qalatasaray"dan gözlənilməz transfer həmləsi: Super Liqanın sabiq ulduzu gəlir

image

"Qalatasaray" klubu heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.

Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Trabzonspor"un sabiq hücumçusu Aleksandr Şörlötü sıralarına qatmağa hazırlaşır.

Məlumata görə, hazırda "Leyptsiq"də çıxış edən 25 yaşlı forvard üçün danışıqlar aparılır və ilkin razılıq əldə olunub.

Qeyd edək ki, Şörlöt 2019/2020-ci illər mövsümündə "Trabzonspor"da çıxış edib.


Digər xəbərlər