İşıqforu küçədən oğurlayıb evinə apardı ki, işıqpulu ödəməsin...

image
Rusiyanın Omsk şəhərində əvvəllər adam döymə və  ölümlə hədələməyə görə həbsdə olmuş şəxs küçədən işıqforu oğurlayıb. Yerli asayiş keşikçiləri onu məhz texnologiyanın “öyrənilməsi” zamanı evdə cinayət başında yaxalayıblar. İndi 39 yaşlı şübhəli yenidən mühakimə olunur.
 
Diqqet.com  xəbər verir ki, bu barədə İsrailin "9TV" telekanalı məlumat yayıb.
 
Məlum olub ki, bir müddət əvvəl həmin şəxsin mənzilində elektrik enerjisi ödənişi edilmədiyi üçün kəsilib. Buna görə də o, işıqforu oğurlamağa qərar verib ki, özü günəş panelindən elektrik enerjisi istehsal edə bilsin.
 
Kişi işıqforun üstündən metal dirəyi dəmirkəsən mişarla kəsib və pulla metal qırıntıları toplama məntəqəsinə təhvil verib.
 
Günahı sübuta yetirilərsə, işıqfor oğrusu cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması ilə cəzalandırıla bilər.

Moderator.az

Digər xəbərlər