“Davranış pozuntulu ata-ananın övladı məktəbdə düzgün davranış sərgiləyə bilməz...”

image
“Məktəblərimizdəki hadisələrdən danışarkən məsələyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi bilmək lazımdır ki, bu cür ailələrdə uşaqlara yetərincə qayğı, diqqət və düzgün yanaşma tərzi varmı? Ailələrdən uşaqlar məktəbə düzgün psixologiyada gəlirmi? Hər bir ailə bir dövlətdir, bir özəldi və ordan gələn uşaqlar travmalı və problemli gəlir. Davranış pozuntulu ata və ananın övladı məktbəbə gəlib düzgün davranış sərgiləyə bilməz”
 
Bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova şagirdlərin məktəblərdə qeyri-etik hərəkətləri haqda danışarkən deyib. Psixoloq bu cür halların qarşısını almaq üçün məktəblərdə psixoloqların da sayının artırılmasını təklif edib: 
 
“Bütün günü ata və anasının davasını görən bir uşaq məktəbdə aqressivlikdən başqa bir şey edə bilməz. Məsələnin birinci tərəfi uşağa düzgün tərbiyənin verilib-verilməməsidir. İkinci bir məsələ isə həmin uşağın məktəbdə gəlib o hərəkətləri edərkən, məktəbin onlarla necə davranmasıdır. Düzdü, bunun üçün məktəblərdə psixoloq var, amma bir və ya iki psixoloq yetərli deyil. Nəzər almaq lazımdır ki, bu elə bir sahədir ki, uşaqlarla individual məşğul olmaq olur. Yəni hər bir uşaqla individual yanaşmanı ən azı həftədə üç dəfə etmək lazımdır. Siz hesab aparsanız görəcəksiniz ki, bir psixoloq istəsə belə bütün uşaqlara yetə bilməz. Bundan əlavə məktəb psixoqları təlim görməlidir, müasir təlimlərdən xəbərdar olmalıdırlar. Müasir yanaşma tərzlərini bilməlidirlər. Ümumiyyətlə, uşaqla diaqnostikanın aparılması üçün psixoloqlar praktikadan keçməli və təlimlər görməlidirlər”.


Digər xəbərlər