Bu qanunun çıxışında media azadlığı görmürəm -Deputat

image
 "Media haqqında" qanunun sonunda media azadlığı görmürəm.

Diqqet.com xəbər verir ki, deputat Erkin Qədirli bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Media haqqında qanuna münasibət bildirərkən deyib.
 
"Mən "Media haqqında” qanunu ən azından birinci oxunuşda dəstəkləyə bilməyəcəyəm. Təbii ki, bu layihə üçün enerji sərf olunub. Dinləmələr, müzakirələr aparılıb. Qanunda jurnalistikanın bürokratikləşdirilməsini görürəm. Axı jurnalist müstəqil peşədir. Layihədə təkrarlıqlar və uyğunsuzluqlar çoxdur. Cinayət Prosessual Məcəllədə deyilir ki, mediada yayılan məlumatlar cinayət işinin başlanmasına səbəb ola bilər. Amma burada deyilir ki, media həmin cinayəti yaymaq üçün müvafiq hüquq-mühafizə orqanından icazə almalıdır. Jurnalist eyni məlumatı vəkildən də ala bilər və yaya bilər. Yoxsa ancaq müstəntiqdənmi almalıdır? 
Bundan əlavə, bu qanunun keçid müddəasında yazılır ki, 1 yanvar 2022-ci ildə qüvvəyə minir. Bu əminlik hardandır ki, bu tarixdən sonra qanun qüvvəyə minəcək?”, detə deputat bildirib.

Anews.az

Digər xəbərlər