Cənub bölgəsində fermerlər bu qurumundan narazılıq edir - DEPUTAT

image
Regionlarda insanlar əsasən kənd təsərrüfatı işləri ilə məşğul olur, lakin əllərində olan məhsulun satış problemi olur.
 
Anews.az-ın məlumatına görə bunu deputat Rüfət Quliyev Milli Məclisin bugün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
 
"Azərbaycanda qeyri neft sektorunu inkişaf etdirməliyik. Sektorun inkişafı məni qane etmir. Azərbaycanda "Aqrar Tədarük və Təchizat" ASC qurum var. Bu qurum kənd təsərrüfatında fəaliyyət göstərən fermerlərlə çalışmalıdır. Amma bu qurumun iş fəaliyyətindən cənub bölgəsindən narazılıqlar olur. Özüm də bununla maraqlanıram və problemlər var. İnsanlarla birbaşa çalışmırlar.", deyə deputat qeyd edib.
 


Digər xəbərlər