FHN-in qüvvələri Türkiyənin Aydın şəhərinin yaşıllıq zolağındaki yanğını söndürüb

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.


"Report"un Türkiyə bürosu xəbər verir ki, ölkənin Aydın şəhərinin Çine rayonunda yerləşən Altınabad kəndində aktiv yanğınsöndürmə və xilasetmə fəaliyyəti aparan FHN əməkdaşları kəndin ətrafında yerləşən yaşıllıq massivində dünən başlayan və genişlənməkdə olan yanğını söndürüb.


Kənd sakinləri xüsusi helikopterlər və amfibiya təyyarələri ilə yanğına müdaxilə edən Azərbaycan yanğınsöndürənlərinin fəaliyyətini yüksək qiymətləndirib.


Digər xəbərlər