Bu, Azərbaycanın qələbəsinin bütün dünya tərəfindən qəbul edilməsidir

image

"Ölkə başçısı İlham Əliyevin 8 Noyabr Zəfər Gününü Şuşada qeyd etməsini alqışlayıram. Düşünürəm ki, elə bu cür də olmalı idi. Ona görə ki, 44 günlük Vətən Müharibəsi Şuşa şəhərinin işğaldan azad olunması ilə tamamlandı".

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Millət vəkili bildirib ki, əgər biz Zəfər Gününü Şuşanın azad olunduğu gün qeyd ediriksə, cənab Prezidentin də həmin günü Şuşaya səfər etməsi düzgün və yerində olan bir addımdır: "Özü də ölkə başçısı Şuşaya tək getməyib. Səkkizinci Beynəlxalq Bakı Forumunun iştirakçıları, yüksək ranqlı siyasətçilər, keçmiş baş nazirlər, eks-prezidentlər də Şuşadadırlar. Onlar da Azərbaycan Prezidenti ilə birgə xalqımızın Zəfər Gününü Şuşada qeyd edirlər. Mənə elə gəlir ki, məhz bu amil Azərbaycanın qələbəsinin bütün dünya tərəfindən qəbul edilməsidir. Yeni reallıqlar tam olaraq beynəlxalq hüquqa cavab verir və ermənilər bununla barışmalı olacaqlar. Əsas odur ki, ermənilər xülyalarla yaşamasınlar. Prezidentin Şuşa səfərinin əsas mesajı bu idi. Ermənilər Azərbaycanın uzatdığı sülh əlindən ikiəlli yapışmalıdırlar. Ermənilər indi buna çalışmalıdır. Yoxsa yenə də peşman olacaqlar"


Digər xəbərlər