Qazın qiyməti nə vaxt ucuzlaşacaq? - AÇIQLAMA

image

"Enerji qiymətləri 2021-ci ilin üçüncü rübündə yüksəlib və 2022-ci ildə də yüksək səviyyədə qalacağı gözlənilir ki, bu da qlobal inflyasiya təzyiqlərini artıracaq, Eləcə də potensial olaraq iqtisadi artımı enerji idxal edən ölkələrdən enerji ixrac edən ölkələrə keçirəcək".

"Margin.az" xəbər verir ki, bu "Dünya Bankı"nın oktyabr hesabatında qeyd edilib. Hesabatda həmçinin neft-qaz olmaqla bütün əmtəə birjalarının bu və növbəti illər üzrə proqnozları göstərilir.

Dünya Bankının son "Əmtəə Bazarlarına Baxış" proqnozunda enerji qiymətlərinin (2021-ci ildə keçən illə müqayisədə orta hesabla 80 faizdən çox yüksək olacağı gözlənilir) 2022-ci ildə yüksək səviyyədə qalacağı, lakin tədarük məhdudiyyətləri azaldıqca ilin ikinci yarısında azalmağa başlayacağı proqnozlaşdırılır.

Həmçinin kənd təsərrüfatı və metallar daxil olmaqla qeyri-enerji qiymətlərinin bu il güclü qazanclardan sonra 2022-ci ildə azalacağı proqnozlaşdırılır.

Digər xəbərlər