SON DƏQİQƏ! Qazın qiymətində REKORD BAHALAŞMA: İlk dəfə min kub metrə görə…

image

Bu gün keçirilən hərrac zamanı Avropada qazın qiyməti yenidən tarixi rekorda imza atıb və 1000 kubmetrə görə 1100 dolları ötüb.

Diqqet.com bu barədə “ICE” birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata əsasən, Niderlandın “Title Transfer Facility” (TTF) satış mərkəzində noyabr fyuçerslərinin qiyməti 1000 kubmetrə görə 1101,6 dollara çatıb. Bildirilir ki, günün əvvəlindən qazın qiymətinin ümumi artımı təqribən 5% təşkil edir.

Qeyd edək ki, sentyabrın 28-i Avropada qazın qiyməti ilk dəfə olaraq 1000 kub metrə görə 1000 dolları ötüb.


Digər xəbərlər